100 yaşlı britaniyalı Oqusta Folkner uzun ömrün sadə sirlərini açıb. Foodinfo.az xəbər verir ki, bu barədə Southend Echo məlumat yayıb.
Qadın İngiltərənin Devon qraflıqlarında böyüyüb və İkinci Dünya Müharibəsi zamanı o, Qadın Kənd Təsərrüfatı Ordusunda olub və müharibəyə gedən kişilərin əvəzinə kənd təsərrüfatı ilə məşğul olub. 1990-cı ildə Folkner nəvələri ilə daha yaxın olmaq üçün İngiltərənin Pitsea şəhərinə köçüb.
Qadın uzunömürlülüyünün əsas sirrini ağır iş adlandırıb. “Anam deyirdi ki, ya işləyirsən, ya da ac qalacaqsan!” – o xatırlayır. Uzunömürlü qadının oğlu qeyd edib ki, Folkner yaşının çox olmasına, eşitmə və görmə problemlərinə baxmayaraq şən və aktivdir.
O, anasının heç vaxt fast food və hind mətbəxi yeməyi yemədiyini də deyib. Folkner də heç vaxt avtomobil sürməyib və ölkədən kənara səyahət etməyib.
Leyla