
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
191 yeni yoluxma faktı qeydə alınıb,
154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ümumilikdə
41 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
39 012 nəfər müalicə olunaraq sağalıb,
603 nəfər vəfat edib, aktiv xəstə sayı
1 689 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
6 280, ötən müddət ərzində isə ümumilikdə
1 156 938 test aparılıb.