Şəkidə 82 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb. Foodinfo.az-ın məlumatına görə, hadisə ötən gün şəhərin Salman Mümtaz küçəsindəki yaşayış evlərinin birində baş verib. 1940-cı il təvəllüdlü İsmayılova Həqiqət Əhməd qızı  sirkə turşusu içib və hadisə yerindəcə zəhərlənərək dünyasını dəyişib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.