Bakının baş infeksionisti insanları evdə hazırlanmış konservləşdirilmiş məhsullardan uzaq durmağa çağırıb
Bu il KTM-in ikinci yoluxucu xəstəliklər şöbəsinə 92 qida zəhərlənməsi ilə bağlı müraciət edilib "İlin əvvəlindən bu günə qədər Kliniki Tibbi Mərkəzin ikinci yoluxucu xəstəliklər şöbəsinə 92 qida zəhərlənməsi ilə bağlı müraciət edilib". "Report" xəbər verir ki, bunu şöbənin rəhbəri, Bakının baş infeksionisti Gülnarə Babayeva deyib. O bildirib ki, qida zəhərlənmələri əsasən hazırlanmış və soyuducuda saxlanmamış qidalardan, mayonezli salatlardan, qarpızdan olur: "Kəskin mədə-bağırsaq, yoğun bağırsaq xəstəlikləri ilə bağlı 724 nəfər nəfər müraciət edib. Botulizmlə bağlı 13 nəfər müraciət edib". Gülnarə Babayeva insanlara evdə hazırlanmış konservləşdirilmiş məhsullardan uzaq durmağa çağırıb: "Botulizmdən qorumaq üçün ev şəraitində konservləşdirilmiş məhsullarsan istifadə etməsinlər. Marketlərdə kompot və turşular satılır, onlardan istifadə olunsa yaxşı olar. Həm də onlar mütəmadi olaraq gigiyena və epidemiologiya nəzarətində olurlar".