
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
98 yeni yoluxma faktı qeydə alınıb,
113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Foodinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2
nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
39 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
36 949 nəfər müalicə olunaraq sağalıb,
578 nəfər vəfat edib, aktiv xəstə sayı
1 851 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
6 672, bu günə qədər isə ümumilikdə
1 064 475 test icra olunub.