Mali, Niger və Burkina Fasoda 970 min uşaq artan qida qiymətləri, atışmalar və iqlim dəyişikliyinin təsirləri səbəbilə zəruri qidalanma ilə təmin oluna bilmir.
Foodinfo.az xəbər verir ki, bu barədə UNICEF məlumat yayıb.
Açıqlamada hökumətlərdən uşaqların qidalanmasının milli prioritet halına gətirilməsi istənilib. Nigerdə 430 min, Malidə 367 min uşağın risklə qarşı-qarşıya qaldığ bildirilir.
Bildirilir ki, Burkina Faso, Çad, Qambiya, Mavritaniya, Mali, Niger, Nigeriya, Seneqal və Kamerum kimi ölkələrdə qida çatışmazlığı səbəbilə ümumilikdə 1,9 milyon uşaq xəstəxanaya müraciət etməli olub.