Gec yatmaq və yuxu rejiminin pozulması immun sisteminin zəifləməsinə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, yuxusuzluq orqanizmin müdafiə mexanizmini zəiflədir.

Foodinfo.az “Healthline” portalına istinadla xəbər verir ki, somnoloq Michael Breus gecə yuxusunun immun hüceyrələrinin fəaliyyəti üçün vacib olduğunu deyib. Onun sözlərinə görə, yuxu zamanı orqanizm özünü bərpa edir.

Ekspert qeyd edib ki, gecə yarısından sonra yatmaq hormon balansına da mənfi təsir göstərir. Bu vəziyyət stress səviyyəsini artırır və yorğunluq yaradır.

Michael Breus bildirib ki, müntəzəm olaraq az yatmaq infeksiyalara yoluxma riskini yüksəldə bilər. O, böyüklər üçün gündə 7-8 saat yuxunu optimal hesab edib.

Mütəxəssis yatmazdan əvvəl telefondan istifadənin azaldılmasını da tövsiyə edib.