Bəzi qidalar bağırsaqlarda qaz yaranmasını artıraraq köp, narahatlıq və şişkinlik hissinə səbəb olur. Bu vəziyyət hər insanda fərqli olsa da, bəzi məhsullar daha çox qaz yaradan qidalar kimi tanınır.

Foodinfo.az bu qidaları təqdim edir:

1. Paxlalılar

Noxud, lobya, mərci və paxla kimi məhsullar qaz yaranmasına ən çox səbəb olan qidalar arasındadır. Bu məhsullar faydalı olsa da, tərkibində həzmi çətin olan lif və karbohidratlar mövcuddur.

2. Qazlı içkilər

Qazlı sular və şəkərli içkilər mədədə hava toplanmasına səbəb olur. Bu da köp və şişkinlik hissini artırır.

3. Kələmkimilər

Kələm, brokoli, gül kələmi və Brüssel kələmi kimi tərəvəzlər bəzi insanlarda qaz yaradır. Bunun səbəbi onların yüksək lif və xüsusi karbohidrat tərkibidir.

4. Süd və süd məhsulları

Bəzi insanlar süd şəkəri olan laktozanı həzm etməkdə çətinlik çəkirlər. Bu zaman süd, pendir və digər süd məhsulları qaz və köp yaradır.

5. Yağlı və ağır yeməklər

Çox yağlı qidalar həzmi yavaşlada bilər. Bu da mədədə ağırlıq və qaz hissinə səbəb olur.

6. Süni şirinləşdiricilər

Bəzi şəkər əvəzediciləri bağırsaqlarda qaz yaranmasını artırır. Xüsusilə “diet” məhsullarda olan bəzi maddələr həzm sistemi həssas olan insanlarda narahatlıq yarada bilər.

Həkimlər qaza səbəb olan qidaların tamamilə dayandırılmasının vacib olmadığını, əsas məsələni hansı qidanın insana daha çox təsir etdiyini müəyyənləşdirməkdə gördüklərini bildirirlər. Yavaş yemək, kifayət qədər su içmək və balanslı qidalanmaq da həzm sisteminin daha rahat işləməsinə kömək edir.