Ağciyərlərin iltihabı olan, xüsusən koronavirusun ağırlaşması kimi xəstələri öldürən pnevmoniyanı pnevmokokk bakteriyaları yaradır. Onlar dərmanlara alışır, onlardan güclü çıxır, müalicələrə asanlıqla təslim olmur. Amma ağciyərlərin digər xəstəlikləri də var: vərəm, plevrit, bronxit, astma və s.
Bu zaman müalicə ilə yanaşı dietarapiya, düzgün qidalanma və maye qəbulu vacibdir. Qəribə də olsa ağciyərlərdən qida və sudan çox asılıdır.
Foodinfo.az medicina.az-a istinadən pnevmoniya və ağciyər xəstələri üçün xüsusi menyu və faydalı qidaları təqdim edir. Bu pəhriz nümunələri elə siz də ağciyərlərin sağlamlığı üçün tətbiq edə bilərsiz.
Lazımi ərzaqlar:
Kartof püresi, pomidor şorbası, pomidor suyu, yabanı düyü, perlova ilə tərəvəzli şorba, mannı, kəsmikli piroqlar, omlet, üzümlü yoqurt.
Xəstələrə A vitamini ilə zəngin qidalar çox lazımdır. Bunlar yumurta sarısı, yaşıl soğan, kərə yağı, kök, yemişan,qırmızı bibər, göyərtilər, mal qaraciyəri
Müalicə dövründə C vitamini ilə gücləndirilmiş, yəni limonlu, sitrus meyvəli, giləmeyvəli 2 litr su sutka ərzində içilə bilər.
Bitki çayları, itburnu dəmləməsi, mors, kompotlar, kisellər.
Qadağan olunan məhsullar:
Allergen məhsullar, şəkər, şirniyyat, qazlı içki, rəngli qidalar, süd, qəhvə, tünd çay, acılı souslar, ədviyyatlar, alkoqol, çox yağlı qidalar, qızarmalar.
Sutka ərzində duzun miqdarı 7 qr çox olmamalıdır.
Hazırlanan yeməklər çox xırda tikələrə doğranmalı, duru və sulu yeməklər blenderdən püre halına salınmalıdır.
Gündəlik menyu nümunələri:
Səhər yeməyi: qarabaşaq sıyığı suda - 200 qr, yaşıl çay - 200 ml, banan 1 ədəd
Saat 12:00- Kefir, qatıq bir stəkan
Günorta: tərəvəz şorbası toyuqlu, kartof püresi - 100 qr, pomidor xiyar salatı - 100 qr, itburnu çayı
Günarası: meyvə, çay, kompot
Axşama: makaron, mal ətindən küftə, meyvə kompotu
Variant 2
Səhər: qayğanaq, pendir, itburnu çayı, kərə yağı çörəklə
Günorta: vermişel şorbası mal bulyonunda, kələm qovurması, kompot
Günaşırı: alma şirəsi, kəsmik
Axşama: Suda bişmiş düyü, hind quşu əti, pomidor, göyərti salatı. Bitki çayı
Gecə: qatıq bir stəkan