Altsheymer xəstəliyinin erkən diaqnozu xəstələr üçün olduqca önəmlidir.
Foodinfo.az xəbər verir ki, ancaq dünyada hələ də erkən diaqnoz üçün etibarlı və dəqiq bir üsul yoxdur.
Yeni aparılan araşdırmalar isə ümidvericidir. Belə ki, yeni araşdırmalar sayəsində altsheymer peyda olmasından 10 il əvvəl sadə bir qan testi ilə müəyyən edilə biləcək.
Yeni üsulun əsasını altsheymer xəstəliyinin aşkar amillərindən sayılan amiloid beta və tau proteinlərinin anormal toplanması ilə qandakı şəkər molekulları arasında əlaqə təşkil edir. Məhz bu əlaqə gələcəkdə altsheymerin illər əvvəl aşkar edilməsinə şərait yarada bilər.