Almaniya gələcək ilin büdcəsində xərcləri əhəmiyyətli dərəcədə azaltmaq istəyir.

Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Ölkənin Maliyyə naziri Kristian Lindnerin sözlərinə görə, ölkədə vergiləri qaldırmaq məqsədəuyğun deyil. Tezliklə Almaniya rəsmiləri bir sıra xoşagəlməz tədbirlər görməli olacaqlar.

Qeyd edilib ki, hazırda büdcə kəsri 14-18 milyard avro olaraq qiymətləndirilir.

“Bu büdcə kəsri düzəlişlərdən imtina hesabına bərpa olmalıdır”, - deyə nazir bildirib.