Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbirdə AQTA tərəfindən hazırlanmış, Heydər Əliyevin həyat və çoxşaxəli fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Təqdimatdan sonra çıxış edən AQTA sədri Qoşqar Təhməzli qüdrətli siyasətçinin keçdiyi şərəfli və qürurverici həyat yolundan, dahi şəxsiyyətin millətimizin parlaq gələcəyi naminə apardığı mübarizələrdən və xalqı qarşısında müstəsna xidmətlərindən söz açıb.
Sədr bidirib ki, öz xalqının böyük oğlu olan Heydər Əliyev həyatını tamamilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü, ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr edib. Görkəmli şəxsiyyət sarsılmaz iradəsi ilə hər zaman azərbaycançılıq prinsiplərini rəhbər tutaraq, milli qürur, milli mənlik şüurunun formalaşmasına, xalqın rifah halının gücləndirilməsinə, müstəqilliyə qovuşmasına danılmaz töhfələr verib. Ulu öndərin qurub yaratdığı müasir Azərbaycan dövləti dahi fenomenin siyasi xəttinə hər zaman sadiq qalan layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir, onun ideyaları mükəmməl şəkildə həyata keçirilir və ümumilli liderin ən müqəddəs arzusu – Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında Azərbaycan torpaqlarının işğaldan azad edilməsi artıq yerinə yetirilib.
Hər bir azərbaycanlının fəxri, qüruru olan, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanla bağlı böyük arzuları bundan sonra da dövlət başçısının dəmir yumruğu sayəsində bütünlüklə gerçəkləşdiriləcək.
Dəyərli və mənalı ömrünü Vətəninə sonsuz xidmətləri ilə başa vuran nəhəng tarixi şəxsiyyət, Ulu öndər gələcək nəsillər tərəfindən daim ehtiramla, böyük məhəbbətlə anılacaq, əziz xatirəsi hər zaman yaddaşlarda, xatirələrdə yaşayacaq!
[gallery ids="47106,47107,47108"]
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı