Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTI) kollektivi Fəxri Xiyabanı ziyarət edib.

Foodinfo.az xəbər verir ki, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.