Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreeva arasında görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi yarandığı dövrdən etibarən BMT-nin ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq edir.
AQTA sədri “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın builki prioritetləri barədə qonağa məlumat verib. Qeyd edib ki, proqramda ölkədə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının təmin edilməsinə dair norma və qaydaların mövcud beynəlxalq tələblərə uyğunlaşdırılması, tərəfdaş ölkələrin qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən səlahiyyətli qurumları ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, sertifikatların qarşılıqlı tanınması və sahibkarlıq subyektləri tərəfindən qida təhlükəsizliyi üzrə qabaqcıl idarəetmə sistemlərinin tətbiqinə dəstək göstərilməsi kimi bir sıra vacib məsələlər öz əksini tapıb.
Görüşdə qida istehlak məlumat bazasının yaradılması, Azərbaycanda antibiotiklərin quşçuluqda istifadəsi və antimikrob rezistentliyin araşdırılması, heyvan və bitki xəstəliklərindən azad zonaların yaradılması, heyvanların identifikasiya və qeydiyyatı ilə bağlı beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi ətrafında da müzakirələr aparılıb. Eyni zamanda BMT-nin ixtisaslaşmış qurumları olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub. FAO ilə “Milli qida təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi və regional əməkdaşlıq”, “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi”, FAO-WHO ilə “Kodeks Etimad Fondu”, UNICEF-lə “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi və WHO ilə “FEEDcities” kimi layihələr çərçivəsində əməkdaşlığın uğurla davam etdirildiyi vurğulanıb.
[gallery ids="44621,44622"]
Son xəbərlər
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər