Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) tütün istehsalçıları və ixracatçıları ilə videokonfrans formatında görüş keçirilib.
Foodinfo.az xəbər verir ki, görüşdə AQTA sədri Qoşqar Təhməzli son illərdə ölkəmizdə bitki sağlamlığı sahəsində həyata keçirilən tədbirlər, həmçinin dövlətimiz tərəfindən sahibkarlara göstərilən sistemli dəstək tədbirləri nəticəsində digər sahələrlə yanaşı, tütünçülük sahəsinin də inkişaf etdiyini diqqətə çatdırıb.
Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi olaraq tütünçülük təsərrüfatlarında monitorinqlər davam etdirilir və aşkar olunan uyğunsuzluqlarla bağlı sahibkarlıq subyektlərinə hərtərəfli metodiki köməklik göstərilir.
Görüşdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında tütünçülük məhsullarının ixrac olunduğu ölkələrin tələblərinə uyğun analizlərinin həyata keçirildiyini, bu istiqamətdə sahibkarlara hər cür peşəkar dəstəyin bundan sonra da davam etdiriləcəyi qeyd edilib.
Tədbirdə tütün istehsalı və ixracatında qarşıda duran vəzifələr, tütünçülük məhsullarının ixracının şaxələndirilməsi və bu istiqamətdə olan hədəflər və perspektivlər barədə fikir mübadiləsi aparılıb. Tütün istehsalı və ixracatı ilə məşğul olan sahibkarlar qarşılaşdıqları problemlər, tütün istehsalındakı mövcud vəziyyətdən danışıb, öz fikirlərini bölüşüblər.
Sonda sahibkarlarla birbaşa ünsiyyəti təmin edən bu cür görüşlərin davam etdiriləcəyi və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı