Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Gürcüstanın Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Giorgi Surmanidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Foodinfo.az-ın məlumatına görə, görüşdə ölkələrimiz arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində uğurlu əməkdaşlıq əlaqələrinın qurulmasından, eyni zamanda AQTİ-nin fəaliyyət istiqamətinə uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərindən bəhs olunub. Bundan əlavə, İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, modernləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlər haqda ətraflı məlumat verilib, beynəlxalq səriştəlilik sınaqlarında nəzərəçarpacaq nailiyyətlərin əldə olunması diqqətə çatdırılıb.
AQTİ-nin fəaliyyətini yüksək dəyərləndirən nazir Giorgi Surmanidze əməkdaşlığın genişləndirilməsində, xüsusən heyvan sağlamlığı sahəsində elmi-praktik məlumatların mübadiləsində maraqlı olduqlarını vurğulayıb.
Qonaqlar görüş çərçivəsində AQTİ-nin laboratoriyaları ilə də yaxından tanış olublar.
[gallery ids="47398,47399,47400"]
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı