Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) nümayəndə heyəti ilə görüş keçirilib. Foodinfo.az-ın məlumatına görə, qida təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığın və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi məqsədi daşıyan görüşdə nümayəndə heyətinin üzvlərinə AQTİ-nin fəaliyyət istiqamətləri, o cümlədən qida təhlükəsizliyi sahəsində tətbiq edilən yeniliklər, həyata keçirilən elmi-praktiki araşdırma və tədqiqat işləri, laboratoriya sisteminin inkişafı və s. haqda ətraflı məlumat verilib. Həmçinin qonaqlar AQTİ-nin nəzdində fəaliyyət göstərən müasir infrastruktura və maddi-texniki bazaya malik laboratoriyaların iş prinsipi ilə də yaxından tanış olublar. Görüşdə ikitərəfli münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğu, qarşıdakı dövrdə əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminlik ifadə olunub. Eyni zamanda gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üzrə müzakirələr aparılıb, qarşılıqlı fəal təcrübə mübadilələrinin əhəmiyyəti vurğulanıb. [gallery ids="46814,46815,46816,46817,46818"]