AQTİ əməkdaşları Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi (HİQS) proqram təminatı ilə əlaqədar Çex Respublikasında təcrübə mübadiləsində iştirak ediblər. Təcrübə mübadiləsi Dünya Bankı tərəfindən maliyyələşdirilən, Çexiyanın “Solitea” şirkətinin “Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin Layihələndirilməsi və İnkişafı” layihəsi çərçivəsində reallaşdırılıb.
Foodinfo.az xəbər verir ki, Çexiya Dövlət Baytarlıq Adminstrasiyasında həyata keçirilən təcrübə zamanı heyvanların identifikasiya və qeydiyyatı ilə bağlı geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Həmçinin Çex Respublikasında heyvan sağlamlığı sahəsində tətbiq olunan elektron informasiya resursları, eləcə də identifikasiyadan sonrakı izlənmə və aktual məlumatların daxil edilməsi təcrübəsi öyrənilib.
Səfər zamanı ölkəmizdə tətbiq olunan HİQS proqram təminatında istifadə olunan alqoritmlər, kodlar, sistem arxitekturası və funksionallıqları, rolların yaradılması, səlahiyyətlərin kod səviyyəsində idarəçiliyi, sistemdə məhdudiyyətlərin tətbiqi və aradan qaldırılması, lazımi düzəliş, texniki dəstək halları ilə tanışlıq və təlimatlandırma məsələləri müzakirə olunub.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı