Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) 2022-ci ildən keyfiyyətli idarəçilik prinsipinə əsaslanaraq, idaretmənin təkmilləşdirilməsi və onun müasir çağırışlara uyğunlaşdırılması məqsədilə ISO 9001:2015 “Keyfiyyət idaretmə sistemi”nin tətbiqi həyata keçirilməyə başlanılıb.
Foodinfo.az-ın məlumatına görə, mərkəzi ofisi Hollandiyanın Reysveyk şəhərində yerləşən, bir çox Avropa və beynəlxalq texnologiyaların təhlükəsizliyinin təhlilində, eləcə də çoxsaylı cihaz və komponentləri üçün təhlükəsizlik standartlarının tərtibində iştirak edən, sınaq, yoxlama və sertifikatlaşdırma üzrə Avropa qurumu - Kiwa tərəfindən 2022-ci il 10 mart tarixində həyata keçirilən “ISO 9001: 2015 Kalite Yönetim Sistemi Temel Bilgilendirme ve İç Denetçi Eğitimi” proqramını və qiymətləndirmə imtahanını uğurla başa vuran İnstitutun mütəxəssisləri sertifikat almağa nail olublar.
Sertifikasiya daxili auditlərin aparılmasına, bütün proseslərin öncədən sənəd forması nəticəsində hazırlanmış prosedurlara uyğun aparılması və prosedurlara əsasən, auditlərin aparılmasına, uyğunsuzluqların aşkar edilməsi və təkmilləşdirilməsinə, beynəlxalq arenada İnstitutun fəaliyyətinin ISO 9001 standartına uyğun aparılmasına imkan verəcək və digər qurumlarla əməkdaşlıq etməyə daha da əminlik yaradacaq.
Son xəbərlər
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB