Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektləri və əməkdaşları üçün nəzəri-praktiki təlimləri davam etdirir. AQTİ mütəxəssisləri tərəfindən keçirilən növbəti təlim “Qabaqcıl İstehsal Təcrübələri (GMP/GHP)” mövzusuna həsr olunub.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, “Siyəzən Broyler” ASC-nin əməkdaşları üçün təşkil olunan təlim zamanı iştitakçılara GMP (Good Manufacturing Practices) haqda ətraflı məlumat verilib. Qeyd edilib ki, insan sağlamlığına birbaşa təsir edən qida məhsullarının istehsalında gigiyenik şərtlərin təmin edilməsi vacibdir. Gigiyenik şərtlərin təmin edilməsi və istehsalın bu şərtlərdə aparılması isə GMP/GHP-nin tətbiqi ilə mümkündür. Belə ki, GMP/GHP bir məhsulun xammal və qablaşdırma materiallarından başlayaraq, istehlakçıya çatana qədər təsirli və etibarlı olması üçün riayət edilməsi lazım olan qaydalar toplusu, eyni zamanda məhsullarda keyfiyyət və qida təhlükəsizliyini təmin etmək üçün qida zəncirinin bütün mərhələlərində fasiləsiz tətbiq olunması lazım olan texnikalar ardıcıllığıdır. Sahibkarlıq subyektinin əməkdaşlarına GMP – nin əsas prinsipləri ilə yanaşı, zəruri şərtləri də geniş izah olunub.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı