Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən Bakı şəhəri və regionlar üzrə qida təhlükəsizliyinə nəzarət sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə mikrobiologiya ixtisası üzrə namizədlərlə müsahibə elan edilir. Namizədlər mövzu yerində “AQTİ - (aidiyyəti ixtisası)” yazaraq anket formasını 27.07.2020-ci il tarixinədək [email protected] ünvanına göndərməlidirlər. Namizədlərdən tələb olunan bilik və bacarıqlar:
  • Biologiya və ya tibbi biologiya ixtisası üzrə ali təhsil (magistratura səviyyəsi arzuolunandır);
  • Azərbaycan dilini səlis bilməlidir (rus və ya ingilis dilini bilənlərə üstünlük veriləcək);
  • Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi zəruridir (sertifikatları olanlara üstünlük veriləcək);
  • Korporativ ünsiyyət bacarığı olmalıdır.
Namizədin vəzifə öhdəlikləri:
  • Laboratoriyada təhlükəsizlik qaydalarını bilmək və tətbiqini təmin etmək;
  • Sınaqları aparmaq, nəticələrin vaxtında qeydiyyatını və təqdim olunmasını təmin etmək;
  • Bakteriya və mikroorqanizm kulturalarını izolyasiya etmək və nəticəni düzgün qiymətləndirmək;
  • Cihaz və ya avadanlıqlarda işləmə bacarığına malik olmaq və aralıq yoxlamaların aparılmasını təmin etmək;
  • Qida mühitləri və reagentləri hazırlamaq;
  • Sınaq nəticələrinin etibarlılığını təmin etmək məqsədilə reagentlərin, qida mühitlərinin, nəzarət ştammalarının düzgün saxlanmasını təmin etmək;
  • Sınaq üçün tələb olunan materialların siyahısını hazırlamaq;
  • Ətraf mühitin şəraitinə uyğun tələblərin qarşılanmasını təmin etmək;
  • Laborant və sanitarların fəaliyyətinə nəzarət etmək;
  • İşlədiyi sahə üzrə Standart Əməliyyat Prosedurlarını hazırlamaq və onların icrasını təmin etmək.
   Üstünlüklər:
  • Uyğun gələn, lakin iş təcrübəsi olmayan namizədlərin aidiyyəti təlimlərə cəlb edilərək qiymətləndirildikdən sonra işə qəbul olunması imkanları;
  • Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidən hazırlıq təlimlərinə cəlb olunması imkanları;
  • Yerinə yetirilən işin həcmi və keyfiyyətinə uyğun olaraq mükafat sisteminin tətbiqi imkanları.
Tələblərə cavab verən namizədlər CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqlar. Suallarla bağlı müraciət üçün əlaqə nömrələri: +99412 377-00-20 (530, 531, 532) İnsan resursları və sənədlərlə iş şöbəsi