İsmayıllıda atları kəsib, ətini Bakıda satmaq istəyən şəxs saxlanılıb. Foodinfo.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, rayon sakini Rüstəm Həmzəyevin yaşadığı ünvana baxış keçirilərkən mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan dörd baş ata məxsus ət, eləcə də həmin atların başları aşkarlanıb. Ev sahibi ifadəsində həmin ətləri sümükdən ayıraraq Bakı şəhərində satmaq məqsədində olduğunu bildirib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ətlərdən müvafiq nümunələr götürülərək müayinə üçün laboratoriyaya göndərilib. Faktla bağlı təhqiqat araşdırmaları aparılır.