Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin (AGES) icraçı direktoru Tomas Kikincer Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında olub. AGES rəhbəri institutun laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olub.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qonaqlara AQTİ-nin fəaliyyət istiqamətləri haqda ətraflı məlumat verib. Bildirilib ki, institutun fəaliyyətində əsas məqsəd insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir. Bu məqsədlə AQTİ tabeliyində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir. Qeyd olunub ki, İnstitutun tabeliyində olan laboratoriyalarda infrastruktur beynəlxalq standartlar səviyyəsində qurularaq, ən muasir avadanlıqlarla təchiz edilib, eyni zamanda burada qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsi sahələrində dəqiq müayinə və analizlər həyata keçirilir.
Laboratoriyalara baxış zamanı qonaqlar Milli Referens Laboratoriyasının Bioloji müayinələr bölməsində molekulyar-bioloji sınaqlarının aparılması prosesini izləyib, kimyəvi müayinələr bölməsinə, fındıqda aflatoksin müayinəsi aparılan maye xromatoqraf otağına, həmçinin fiziki-kimyəvi sınaqlar, pestisid və antibiotik qalıqları sınaqları həyata keçirilən laborator otaqlara baxış keçirilib.
AGES rəhbəri ölkəmizdə müasir texnologiya və avadanlıqlara malik laboratoriyaların fəaliyyəti və işinin davamlı təkmilləşdirilməsi istiqamətində görülən işləri yüksək dəyərləndirib.
Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı maraq doğuran istiqamətlər, o cümlədən qida təhlükəsizliyi ilə bağlı normativ texniki hüquqi aktların Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması sahəsində Avstriya təcrübəsinin öyrənilməsi, qida məhsullarının idxal-ixrac prosedurlarının sadələşdirilməsi, risklərin və böhran vəziyyətlərinin idarəedilməsi ilə bağlı təcrübə mübadiləsi, laboratoriyaların inkişafı və qurulması sahəsində birgə əməkdaşlığa dair məsələlər müzakirə olunub.
Tərəflər arasında dinamik inkişafa əsaslanan əməkdaşlıq münasibətlərinin gücləndirilməsində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin faydalı olacağı da vurğulanıb.
[gallery ids="47323,47324,47325"]
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı