Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 3 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Foodinfo.az-ın komitəyə istinadən verdiyi məlumata görə, İdarənin Biləsuvar gömrük postunda İrandan gələn 2 ədəd “Dongfeng” və “Dong Feng Kaveh” markalı yük nəqliyyat vasitələri gömrük nəzarətindən keçən zaman saxlanılıb və kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 7 600 ədəd “Manchester” markalı siqaret aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Son xəbərlər
- AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı