Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 26-da ölkə üzrə 377 ictimai iaşə obyektində 635 monitorinq keçirilib. Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küç., ev 25 ünvanında yerləşən, hüquqi şəxs “Henry Sour Agency” MMC-yə məxsus “Henry Sour Agency” restoranı;
2. Bakı şəhəri, Yasamal rayonu, İzmir küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Şıxsəid Qurban oğluna məxsus “Ay Qonşu” restoranı
3. Bakı şəhəri, Qaradağ rayonu, Seyidov küçəsi 62c ünvanında yerləşən, fiziki şəxs Abbasova Sevinc Sabir qızına məxsus çay evi;
4. Mingəçevir şəhəri, Hüseynov küçəsi 11 ünvanında yerləşən, fiziki şəxs Abbasov Rubail Yaşar oğluna məxsus “Sərin otel” kafesi;
5. İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən, fiziki şəxs Mirzəliyev Məhəmməd Ceyhun oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir