Arıqlamaq haqqında yazılan “#KetoDiyeta. Yağ yeyə bilərsiniz!" kitabının müəllifi, tibb elmləri doktoru Vasiliy Generalov az yeməyin yolunu açıqlayıb.
Foodinfo.az-ın verdiyi xəbərə görə, bu barədə "MK v Volqograde" yazır.
Mütəxəssisin fikrincə, bunun üçün yarımfabrikat məhsullardan və "fast foosd"dan tamamilə imtina etmək, sağlam qidaya keçmək və yalnız təbii məhsullardan, xüsusən də yumurta, ət, balıq, yaşıl salatlar və meyvə-tərəvəzdən istifadə etmək lazımdır.
Generalov bildirib ki, dad reseptorları yaxşı işləmədikdə insanlar daha çox yemək yeyirlər. Bu isə yarımfabrikat və "fast food"lardan çox istifadə etdikdə baş verə bilər, çünki onların tərkibində konservantlar və dadverici əlavələr olur.
Həkimin sözlərinə əsasən, qeyri-sağlam qidalardan imtina etdikdə reseptorlar daha yaxşı işləyir.