Cari il MDB ölkələri RF-yə meyvə-tərəvəz tədarükünü artırıblar.
Foodinfo.az xəbər verir ki, bu barədə “Arqus-Fito” informasiya sisteminin məlumatına istinadən Rosselxoznadzor məlumat verir.
Avqsutun 10-na olan vəziyyətə görə, ilk növbədə, Azərbaycan, Tacikistan və Türkmənistandan tədarükün həcmi artıb. Belə ki, Azərbaycandan 338,2 min ton meyvə-tərəvəz tədarük olunub, bu da ötən illə müqayisədə 4,6% çoxdur (323,3 min ton).
Bu dövr ərzində MDB ölkələrindən kartof tədarükü iki dəfə - 210,5 min tona qədər artıb (ötən il 102,2 min ton olub). Əsas tədarükçülər – Belarus (8,3 min tondan 94,3 min tonadək, artım 11 dəfə), Azərbaycan (68,8 min tondan 84,7 min tonadək, artım 23%), Ermənistan (21,2 min tondan 29,5 min tonadək, artım 38%) olub.
Azərbaycan MDB ölkələri arasında Rusiyaya ən iri pomidor tədarükçüsüdür (114 min ton).
Avqsutun 10-na Azərbaycan Rusiyaya ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfə çox xiyar tədarük edib – 1,7 min tona qarşı 3,7 min ton. Bu il baş soğanın tədarükünə başlanıb və artıq 2 min ton tədarük olunub. Çuğundur tədarükü 2,4 dəfə - 508 tonadək, alma – 19% - 26,1 min tonadək, qarpız – 9 dəfə - 6,9 min tonadək, mektarin – 3 dəfə - 6,1 min tonadək, ərik – 3 dəfə - 1,9 min tonadək, şaftalı – 2,8 dəfə - 5,9 min tonadək, armud – 2,4 dəfə - 1,5 min tonadək, xurma – 2,3 dəfə - 37,9 min tonadək, çiyələk – 2,2 dəfə - 4,3 min tonadək artıb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir