
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan
9 mln
087,38 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə
11 mln
187,81 min ABŞ dolları və yaxud
55,18% azdır.
Bu ilin 9 ayında içki ixracı ümumi ixracın
0,09%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycana idxal edilmiş alkoqollu və alkoqolsuz içkilər, sirkənin dəyəri isə
48 mln
744,09 min ABŞ dolları olub. Bu isə bir il əvvələ nisbətən
4 mln
353,12 min ABŞ dolları və yaxud
8,2% azdır. İçki idxalı ümumi idxalın
0,62%-ni təşkil edir.
Qeyd edək ki, Azərbaycanın 9 aylıq ticarət dövriyyəsinin
10,58 mlrd ABŞ dolları ixracın,
7,824 mlrd ABŞ dolları isə idxalın payına düşüb.