"Azexport" portalı tərəfindən ixrac üçün növbəti sərbəst satış sertifikatları təqdim edilib.
Foodinfo.az xəbər verir ki, təqdim olunan sərbəst satış sertifikatları iraq Respublikasına Azərbaycan istehsalı olan daha 5 adda meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün nəzərdə tutulub.
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq təqdim olunur.
Sertifikatlar bundan əvvəl ixracında çətinlik yaşanan Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İndoneziya, Vyetnam, Filippin, Dominikan, Okeaniya və Ərəb ölkələrinə, Cənubi Amerika, Afrika qitəsi, Qərbi Avropa və Cənub – Şərqi Asiya ölkələrinə Azərbaycanda istehsal olunan qida, dərman və orqanizmlə birbaşa təmasda olan məhsulların çıxışını asanlaşdırıb.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı