Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən azalıb.
Foodinfo.az-ın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə məlumat verilib. Hesabat dövründə ölkəyə 61 484,78 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 951,06 min dollar və ya 29,7% azdır.
Qeyd edək ki, bu ilin doqquz ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,79%-nə bərabər olub.