2022-ci ilin ilk 4 ayında (yanvar-aprel) Azərbaycana 703 milyon 901 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk 4 ayı ilə müqayisədə 2022-ci ilin ilk 4 ayında yeyinti məhsullarının idxalına xərclənmiş xarici valyutanın məbləği 69 milyon 137 min dollar və ya 11% artıb. 2021-ci ilin ilk 4 ayı ərzində Azərbaycana 634 milyon 764 min dollar dəyərində yeyinti məhsulları idxal edilmişdi. Azərbaycan ən çox xarici valyutanı meyvə-tərəvəz, buğda, bitki yağları, kərə yağı, çay və ət idxalına sərf edib.