Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üzrə ÜST-nin missiyası öz işinə başlayıb.
Foodinfo.az xəbər verir ki, bu barədə ÜST-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Beş gün davam edəcək missiyanın məqsədi Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üçün hazırlanmış sənədləri nəzərdən keçirmək və ehtiyac olarsa, təkmilləşdirilməsi üzrə texniki məsləhətlər vermək, malyariyanın ölkədə yenidən yayılmasının qarşısının alınması üçün mövcud proqramı qiymətləndirmək, o cümlədən əvvəllər malyariyanın endemik olduğu ərazilərə səfərlər etmək, habelə Azərbaycanda sertifikatlaşdırma prosesinin vaxt qrafiki ilə bağlı Səhiyyə Nazirliyi ilə müzakirə və konsensus əldə etməkdir.
Missiya çərçivəsində ÜST-nin əməkdaşları, Qlobal Malyariya Proqramının Eliminasiya şöbəsinin müdiri Elxan Qasımov və həmin şöbənin əməkdaşı Xiao Hong Li ilə səhiyyə nazirinin müavini Nadir Zeynalov və nazirliyin ictimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva arasında işçi görüş keçirilib.
Daha sonra mütəxəssislər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə baş çəkərək sertifikasiya prosesi ilə bağlı müzakirələr aparıblar.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı