Bu gün Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hazırlanmış Azərbaycanda qida itkisinin qarşısının alınması, azaldılması və monitorinqi üzrə Milli Strategiyanın layihəsinin müzakirəsi başlayıb.
Foodinfo.az xəbər verir ki, FAO qida İtkisi və israfın (Qİİ) dərin təhlilinin aşkar etdiklərinin və nəticələrinin Azərbaycanda əsas milli maraqlı tərəflərə təqdim edilməsi və strategiyanın layihəsinin irəli sürülməsinin müzakirə edilməsi və təsdiqi məqsədilə məsləhət seminarı təşkil edib.
Müzakirələrdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, dövlət rəsmiləri, əsas özəl sektor iştirakçıları, vətəndaş cəmiyyəti təşkilatlarının və elmi müəssisələrrin nümayəndələri iştirak edirlər.
Seminar ölkəyə xas kontekstin qida itkisi və israfının, o cümlədən onun səbəbləri və təsirlərinin, Azərbaycanda Qİİ-nin idarə edilməsinə təsir edən mövcud siyasi və hüquqi çərçivələrin FAO tərəfindən dəyərləndirilməsi ilə başlayan strategiyanın formalaşdırılması prosesi yekunlaşdırılıb. Strategiyanın hazırlanması, seminar iştirakçılarından əldə edilmiş və gələcəkdə tətbiq edilmək məqsədilə təsdiqlənmiş fikir və tövsiyələrə müvafiq yekunlaşdırılacaq.
“Bu strategiyanın həyata keçirilməsi, Azərbaycanda milli qida sisteminin səmərəliliyinin artırılmasına töhfə verəcək. Bu da öz növbəsində daha yaxşı ərzaq və qida təhlükəsizliyini təmin edəcək və gücləndirilmiş gəlir və dolanışıq vasitəsilə kiçik və orta istehsalçılara fayda verəcək. Uzun müddətdə strategiya, əhalinin və gəlirlərin artması, urbanizasiya və dəyişən istehlak üstünlükləri və nümunələri səbəbindən istehsalın artması məqsədilə iqlim dəyişikliyinə milli töhfəni və milli ərzaq sisteminə təzyiqi azaltmağa kömək edəcək”, - FAO-nun Azərbaycandakı nümayəndəsi Mələk Çakmak bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova strategiyanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) verdiyi töhfələrdən danışıb:
“Dövlətin DİM-in 12.3-cü Məqsədinə nail olmaq öhdəliyinə müvafiq olaraq, strategiya, bütün maraqlı tərəflərin ölkədə qida itkisini və israfını azaltmaq üzrə cəhdlərini artırmalarını və qətiyyətlə fəaliyyət göstərmələrini dəstəkləyəcək və onları səlahiyyətləndirəcəkdir”.
Bildirilir ki, strategiyada təqdim edilən yanaşma, qida tədarükü zəncirinin bütün mərhələlərinə - istehsal, emal, paylama və istehlak dövrünə diqqət yetirməklə Qİİ-ni azaltmağa yönəldilib. Strategiya, həmçinin qida istehsalına sərmayə qoyulan resursların təmin olunması və optimallaşdırılmasına şərait yaradan dairəvi dəyər zəncirinə keçidi dəstəkləyir.
Bundan əlavə, strategiyaya Qİİ idarə edilməsinin tənzimlənməsinin təkmilləşdirilməsi, qida tədarük zəncirlərinin səmərəliliyinin artırılması, qida məhsullarının bərpası və yenidən bölüşdürülməsi sisteminin yaradılması, problemin qarşısını almaq məqsədilə qida dəyər zənciri iştirakçıları və ictimaiyyət arasında məlumatlılığın artırılması və Qİİ-yə nəzarət etmək, ölçmək və hesabat vermək məqsədilə milli potensialın gücləndirilməsi tədbirləri daxildir.
Milli seminar, FAO-Türkiyə Qida və Kənd Təsərrüfatı üzrə Tərəfdaşlıq Proqramı (FTPP II) çərçivəsində həyata keçirilən FAO-nun “Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə qida itkisi və israfının azaldılması” layihəsi çərçivəsində Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil olunmuşdur və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən maliyyələşdirilib.
Layihə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanda qida itkisi və israfını azaltmaq məqsədilə milli strategiyaların və fəaliyyət planlarının işlənib hazırlanmasına və tətbiq edilməsinə yardım edir.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı