“Alternativ ekspertizaların həyata keçirilməsi çox vacib məsələlərdən biridir. Yeni qanunda da bu məsələlər öz əksini tapıb”. Foodinfo.az-ın xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, sahibkarlıq strukturları özəl laboratoriyalar təşkil edə biləcək.