
Ötən gün Azərbaycanda koronavirusa (COVID-19) yoluxma sayında rekord göstəricinin qeydə alınması hökuməti əlavə tədbirlərin görülməsinə məcbur edib.
Foodinfo.az Report-a istinadən xəbər verir ki, artıq qabaqlayıcı tədbirlərin görülməsinə başlanıb.
Belə ki, hazırda açıq şəkildə müştərilərə xidmət göstərən mağazalar, satış və ictimai xidmət mərkəzlərinə onlayn satış və xidmətlərin həcminin artırılması üçün tövsiyələr verilib.
Onlara qarşıdakı
10 gün ərzində müştərilərlə təması tam minimuma endirməyi və müxtəlif platformalar vasitəsi ilə elektron satışı təşkil etmək məsləhət görülüb.
Mənbənin məlumatına görə, yoluxmaların sayı artacağı təqdirdə noyabrın 3-dən etibarən marketlər istisna olmaqla digər satış və xidmət mərkəzlərinin yenidən qapadılması nəzərdə tutulub.
Xatırladaq ki, ötən gün Azərbaycanda koronavirus infeksiyasına
825 yeni yoluxma faktı qeydə alınıb,
171 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb,
6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə
47 min
418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan
40 min
619 nəfər müalicə olunaraq sağalıb,
648 nəfər vəfat edib. Aktiv xəstə sayı
6 151 nəfərdir.
Ötən müddət ərzində
1 milyon
260 min
193 test aparılıb. Bugünkü test sayı isə
9 457-dir.