Sabirabadda azyaşlının əli ətçəkən maşında qalıb. Foodinfo.az-ın APA-ya istinadən məlumatına görə, Sabirabad rayonunun Cavad kəndində nəzarətsiz qalan 2016-cı il təvəllüdlü Piriyeva İlahə Natiq elektrikli ətçəkən maşınına toxunub. Bu vaxt uşağın əli maşına düşüb. Azyaşlı Şirvan şəhər Xəstəxanasına çatdırılıb.