Bakıda ölüm hadisəsi baş verib. Foodinfo.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə aprelin 9-u paytaxtın Xəzər rayon ərazisində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Paxlov Dmitriy Anatolyeviç yaşadığı evdə etil spirti içib və zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.