Bakının Sabunçu rayonunda gəncin kürək nahiyəsinə üç bıçaq zərbəsi vurulub. Foodinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Marketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Həsənov Səbuhi Sahib oğlu alıcı ilə mübahisə edib. Satıcının kürək nahiyyəsinə üç bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.