Belçikalı fermerlər ölkə vətəndaşlarından həftədə ən azı iki dəfə qızarmış kartof yeməyi xahiş edirlər. Foodinfo.az Oxu.az-a istinadən xəbər verir ki, karantin səbəbindən ölkədə lazımından 750 min ton artıq kartof ehtiyatı yığılıb. Karantinlə bağlı restoranların, həmçinin ölkədə geniş şəkildə keçirilən festivalların bağlanması böyük həcmdə kartofun çürüməklə üz-üzə qalmasına gətirib çıxardıb.
Qeyd etmək lazımdır ki, fermerlər hər həftə təmənnasız şəkildə 25 min ton kartof paylayırlar.