Qida texnologiyaları üzrə beynəlxalq ekspert Upali Samarajeewa Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların mütəxəssisləri üçün “Ölçmə qeyri-müəyyənliyinin hesablanması” mövzusunda təlim keçib. Onlayn formatda keçirilən təlimdə AQTİ tabeyində fəaliyyət göstərən laboratoriyaların mütəxəssisləri iştirak edib.
Foodinfo.az-ın məlumatına görə, beynəlxalq ekspert Upali Samarajeewa təlim iştirakçılarına bu beynəlxalq standartın tətbiqinin təmin edə biləcəyi fayda və üstünlüklər barədə məlumat verib. Təlim çərçivəsində sınaq laboratoriyalarında ölçmə qeyri-müəyyənliyinin qiymətləndirməsi və hesablanması üçün istifadə olunan statistik metodlar izah edilib.
Eyni zamanda ölçmə qeyri-müəyyənliyi haqqında ümumi tərif və anlayışlar, Ölçmə qeyri-müəyyənliyinə səbəb olan amillər, Qeyri-müəyyənlik hesablamalarında istifadə olunan statistik paylanma üsulları, genişləndirilmiş qeyri-müəyyənliyin hesablanması, standart qeyri-müəyyənliyin hesablanması üzrə nəzəri biliklərlə bağlı ətraflı məlumat verilib, mövzu üzrə interaktiv müzakirələr aparılıb. Sonda isə iştirakçıların təlimi necə mənimsədiyini müəyyən etmək məqsədilə qiymətləndirmə aparılıb.
Qeyd edək ki, beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən təlimlərin keçirilməsində məqsəd AQTİ mütəxəssislərinin peşəkarlıq və səriştəlilik səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılmasıdır.
Son xəbərlər
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?
- Kəsilmiş limonu soyuducuda saxlamaq olarmı?