Almaniyalı professor Otto Buçingerin orucla müalicə üsulu çox məşhurdur və dünyada bir çox insan bu üsulu tətbiq edir. Professor "Şəfalı oruc" kitabında yazıb ki, o, böyük bir xəstəlik nəticəsində oruc tutmağa başlayıb.
Foodinfo.az xəbər verir ki, təhlükəli oynaq revmatizmi olan Buçinger xəstəliyin artdığını, əzələlərinin əridiyini, qaraciyərin böyüdüyünü, öd kisəsinin iltihablandığını görüb oruc tutmağa başlayıb. Belə ki, o, alman oruc mütəxəssisləri arasında ən təcrübəli hesab edilən Qustav Riedlin nəzarəti altında oruc tutub və tam sağalaraq sağlamlığını bərpa edib.
Öz üzərində keçirdiyi şəxsi təcrübədən sonra professor orucun təsirləri ilə daha ciddi maraqlanmağa başlayıb və yeni müalicə üsulunu inkişaf etdirib. O, bu üsula "Müalicə yaradıcılığının kral yolu" adını verib. "Buçinger" üsulunda xəstələr sadəcə meyvə şirəsi və tərəvəz şorbası içərək az kalori qəbul edir və daha çox hərəkətdə olurlar. Eyni zamanda istirahət də mühüm rol oynayır. İnsanlar bir həftə və ya daha uzun müddət nəzarət altında qalaraq bu üsulla oruc tutub şəfa tapırlar.
Buçinger on minlərlə xəstə üzərində apardığı araşdırmasının nəticələrini qısaca olaraq iki cümlə ilə ifadə edib: "Aşağı təzyiq istisna olmaqla, oruc tutmağın kömək etmədiyi və ya tam sağaltmadığı xəstəlik yoxdur! Oruc bıçaq tələb etməyən əməliyyatdır".
Son xəbərlər
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB