Tovuzda zəhərlənmə hadisəsi baş verib. Foodinfo.az-ın məlumatına görə, hadisə rayonun Məşədilər kəndində qeydə alınıb. Kənd sakinləri - 1986-cı il təvəllüdlü Taleh Əhmədov, onun 6 və 5 yaşlı oğulları, həmçinin 25 yaşlı A.Cəfərova ilə 63 yaşlı X.Abdullayev yabanı halda bitmiş bitkidən zəhərləniblər. Onlar Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Xəstəxanadan bildirilib ki, tibb müəssisəsinə müraciət edənlər yabanı bitki yedikdən sonra özlərini pis hiss ediblər və zəhərlənmələrindən şübhələniblər. Faktla bağlı araşdırma aparılıb. ("Report")