Azərbaycan bu ilin yanvar ayında Türkiyədən 1,212 milyon dollarlıq meyvə və tərəvəz məhsulları idxal edib.

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında bildirilib.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 519 min dollar və ya 74,9 % çoxdur.

Türkiyənin hesabat dövründə ümumi meyvə və tərəvəz məhsulları ixracının dəyəri  170,740 milyard dollar (1,3 % az) olub.