Azerbaijan SuperMarket
Təchizat zəncirinin planlaması və proqnozu üzrə Menecer
Son tarix 23 iyn 2022 - [email protected]
Departament: Planlama və təchizat
Yerləşmə :Bravo Paylama Mərkəzi
Vəzifə Öhdəlikləri:
- Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik, aylıq və ya illik olmaqla istehsal planlamasını hazırlamaq;
- Əldə olan və yeni təmin edilən məhsulu stokda saxlayaraq doğru şəkildə paylanmasını həyata keçirtmək;
- Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq məhsulları müəyyən edərək bağlı olduğu rəhbərə bildirmək;
- İstehsal olunmuş məhsulun stokunu təqib etmək və stokda əksilən məhsulların istehsal planını vermək;
- Kənardan alınan məhsulların müddətinə və istehsal həcminə görə stoku formalaşdırmaq;
- Xüsusi kampaniyalar zamanı istehsal olunan məhsulların siyahısını hazırlayıb bağlı olduğu rəhbərinə təqdim etmək
Namizədə dair tələblər:
- Maliyyə, təchizat zənciri və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
- Təchizat planlaması və satışların proqnozu sahələrində 5 ildən artıq iş təcrübəsi.
- Pərakəndə əməliyyatlar, proqnozlaşdırma texnologiyası, bazar araşdırması məlumatları və təchizat zəncirinin idarə edilməsi haqqında biliklər
- Təchizatçılar və müştərilərlə əlaqələrin inkişaf etdirilməsində və saxlanılmasında təsdiq olunmuş təcrübəyə malik olmaq.
- Mükəmməl ünsiyyət və təqdimat bacarıqları.
- Bir çox mənbədən alınan məlumatlarlandan ibarət mürəkkəb, kəmiyyət və statistik təhlillər aparmaq bacarığı.
- Əla şifahi və yazılı ünsiyyət bacarıqları.
- Əla analitik, problem həll etmə və təqdimat bacarıqları.
- Çətin, sürətli templi mühitdə işləmək arzusu;
- Təzyiq altında işləmək bacarığı.