
Azərbaycanda bu gün koronavirus infeksiyasına
584 yeni yoluxma faktı qeydə alınıb,
128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada
5 nəfər COVID-19-dan vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə
45 min
879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan
40 min
272 nəfər müalicə olunaraq sağalıb,
635 nəfər vəfat edib. Aktiv xəstə sayı
4 972 nəfərdir.
Ötən müddət ərzində
1 milyon
241 min
664 test aparılıb. Bugünkü test sayı isə
9 028-dir.