Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pәrakәndә ticarәt şәbәkәsindә istehlakçılara 28 054,9 mln manatlıq, o cümlәdәn 15 121,4 mln manatlıq әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları, 12 933,5 mln manatlıq qeyri-әrzaq malları satılıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilә müqayisәdә cari ilin yanvar-sentyabr aylarında pәrakәndә ticarәt dövriyyәsi real ifadәdә 1,6%, o cümlәdәn qeyri-әrzaq malları üzrә 6,3% azalıb, әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları üzrә isә 3,1% artıb.
Hesabat dövründә әhalinin bir nәfәrinә düşәn orta aylıq pәrakәndә ticarәt dövriyyәsi 312,6 manat vә ya 2019-cu ilin müvafiq dövrünün göstәricisindәn nominal ifadәdә 2,9 manat çox olub. Ticarәt şәbәkәsindә bir ölkә sakini orta hesabla ayda 168,5 manatlıq әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları, 144,1 manatlıq qeyri-әrzaq malları alıb.
Bu ilin yanvar-sentyabr aylarında istehlakçıların pәrakәndә ticarәt şәbәkәsindә xәrclәdiyi vәsaitin 53,9 faizi әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatlarının, 15,7%-i toxuculuq mәhsulları, geyim vә ayaqqabıların, 5,7%-i elektrik malları vә mebellәrin, 5,3%-i avtomobil benzini vә dizel yanacağının, 1,8%-i әczaçılıq mәhsulları vә tibbi lәvazimatların, 0,8%-i kompüterlәr, telekommunikasiya avadanlıqları vә çap mәhsullarının, 16,8%-i isә digәr qeyri-әrzaq mallarının alınmasına sәrf olunub.