Bir çox insanlar müəyyən qidaları yedikdən sonra, hətta bu qidalar azkalorili olsa belə, artıq kilolarla qarşılaşırlar. Çünki bəzi məhsullar tərkibinə və ya orqanizmə təsirinə görə ani çəki artımına səbəb olur.
Foodinfo.az xəbər verir ki, şəkərli qazlı içkilər bu kateqoriyaya aiddir.
İlk baxışdan elə görünə bilər ki, maye çəkinizə çox da təsir etmir. Lakin bu içkilərin əksəriyyətində çoxlu miqdarda şəkər var ki, bu da qanda qlükoza səviyyəsinin yüksəlməsinə və sonra kəskin düşməsinə səbəb ola, nəticədə aclıq hissi yarada bilər.
Belə içkilərdən istifadə etməklə nəinki şəkərdən alınan kalorilərin sayını artıra, həm də gün ərzində aclıq hiss edə bilərsiniz.
Bundan əlavə, şəkərli içkilərin müntəzəm istehlakı piylənmə, 2-ci tip diabet və digər xəstəliklərin yaranma riskini artırır.
İçkilərdəki qaz da köpə səbəb ola bilər ki, bu da belin ölçüsünə əlavə santimetrlər gətirir.