Türkiyədə ət qiymətlərində ciddi artım müşahidə olunur.
Foodinfo.az xəbər verir ki, bu barədə yerli KİV-də araşdırma qeyd olunub.
Bildirilir ki, qiymət artımları damazlıq heyvanların kəsilməsinə səbəb olur. Ekspertlər isə bu amilin qarşısının alınmalı olduğunu düşünürlər. Belə ki, heyvan saxlamaq əvəzinə onu kəsmək düşüncəsi fermerlər üçün təhlükəlidir. Çünki heyvan sayının azalması gələcəkdə ətin çox daha bahalı məhsula çevrilməsinə səbəb ola bilər.