Sağlam qidalanma insan orqanizmində qocalma prosesini ləngidə bilər.
Foodinfo.az xəbər verir ki, diyetoloq Zoya Boqdanova üzün dərisini cavanlaşdıran meyvədən danışıb.
Onun sözlərinə görə, insan bədənində həddindən artıq miqdarda sərbəst radikallar oksidləşdirici stressə və yaşlanma proseslərinin sürətlənməsinə səbəb ola bilər. Düzgün qidalanma bu riski azaldır. Gavalı isə xüsusilə faydalıdır və üz dərisinin elastikliyini bərpa edə bilər.
"Gözəllik və gənclikdən danışsaq, gavalı üz dərisi üçün faydalıdır. O, A və B qrupundan olan vitaminlərlə zəngindir, tərkibində çoxlu maqnezium, dəmir, kalsium, həmçinin sərbəst radikalları zərərsizləşdirən maddələr var. Bu səbəbdən gavalıdan istifadə qocalma prosesini, yəni hüceyrələrin oksidləşməsini ləngidir. Nəticədə dəri daha hamar və elastik olur”, - deyə diyetoloq izah edib.
Lakin hər bir şeydə olduğu kimi, burada da qədəri bilmək lazımdır. Diyetoloqun sözlərinə görə, aşağı qlisemik indeksi olan meyvələrdən, o cümlədən gavalıdan gündə 300 qram yemək üz dərisinə və rənginə optimal müsbət təsir göstərəcək.