Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi yüksək dərəcəli spirtli içkiləri koronavirusun yayılması ilə əlaqədar dezinfeksiya vasitəsi qismində tövsiyə edib. Foodinfo.az-ın Trend-ə istinadən məlumatına görə, tövsiyə standart dezinfeksiya vasitələrinin qıtlığı ilə üzləşən tibb müəssisələrinə şamil edilir. Qeyd olunur ki, dezinfeksiya vasitəsi kimi tərkibində 70-83 faiz spirt olan içkilər qəbul edilir. Eyni zamanda nazirlik ev şəraitində əlləri səylə yumağı tövsiyə edib. Yaponiyada bu günədək 7 370 nəfər koronavirusa yoluxub, 123 nəfər həyatını itirib.